OPEC-in Baş katibi: Neft sənayesi 2050-ci ilə qədər 17,4 trilyon dollar investisiya tələb edəcək

OPEC-in Baş katibi: Neft sənayesi 2050-ci ilə qədər 17,4 trilyon dollar investisiya tələb edəcək 2050-ci ilə qədər qlobal neft sənayesinin tələb etdiyi investisiyaların həcmi 17,4 trilyon dollar təşkil edir.
Energetika
24 Sentyabr , 2024 21:26
OPEC-in Baş katibi: Neft sənayesi 2050-ci ilə qədər 17,4 trilyon dollar investisiya tələb edəcək

2050-ci ilə qədər qlobal neft sənayesinin tələb etdiyi investisiyaların həcmi 17,4 trilyon dollar təşkil edir.

“Report” xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysı bəyan edib.

“Təkcə neft 2050-ci ilə qədər cəmi 17,4 trilyon dollar investisiya tələb edəcək. İstehsalçılar və istehlakçılar, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün uzunmüddətli əlverişli investisiya mühitini təmin etmək üçün bütün rəsmilər və səhmdarlar birlikdə işləməlidirlər”, - deyə o qeyd edib.

Baş katib onu da vurğulayıb ki, dünyanın neft və qazdan imtina edəcəyi ilə bağlı fantaziyaların reallıqla heç bir əlaqəsi yoxdur:

“OPEK-in uzunmüddətli proqnozu kömürdən başqa bütün enerji resurslarının istifadəsinin genişləndirilməsinin zəruriliyini göstərir. Biz inanırıq ki, təkcə neftə tələbat 2050-ci ilə qədər sutkada 120 milyon barelə çatacaq və onun daha da yüksək potensialı var. Üfüqdə neftə tələbatın pik nöqtəsi yoxdur”.

Son xəbərlər

Orphus sistemi