OPEC-in baş katibi dəyişə bilər

OPEC-in baş katibi dəyişə bilər OPEC ölkələri nazirlərinin iki saata yaxın davam edən iclası başa çatıb, təşkilatın 2022-ci ilin yanvar ayında növbədənkənar iclasının çağırılması təklif edilib.
Energetika
2 Dekabr , 2021 00:25
OPEC-in baş katibi dəyişə bilər

OPEC ölkələri nazirlərinin iki saata yaxın davam edən iclası başa çatıb, təşkilatın 2022-ci ilin yanvar ayında növbədənkənar iclasının çağırılması təklif edilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a danışıqlarda iştirak edən mənbə məlumat verib.

Qeyd olunub ki, yanvar ayında keçiriləcək iclasda yeni baş katib seçilə bilər.

2016-cı ildən OPEK-in baş katibi vəzifəsini Məhəmməd Barkindo tutur, onun ikinci səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır. OPEK-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.

Ümumilikdə, Barkindonu nəzərə alınmasa, 1961-ci ildən bəri OPEC-in işinə nəzarət edən 22 baş katib və beş konfrans prezidenti olub. 2007-2013-cü illərdə baş katib postunu tutan, daha sonra isə OPEC-in yeni baş katibi seçilə bilmədiyi üçün səlahiyyətləri 2016-cı ilin iyul ayına qədər uzadılan Liviya nümayəndəsi Abdulla Salem əl-Bədri bu vəzifədə ən uzun müddət qalan şəxs olub.

Son xəbərlər

Orphus sistemi