OPEC-in Baş katibi: "Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır"

OPEC-in Baş katibi: "Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır" OPEC Azərbaycanı tam dəstəkləyir və COP29-un noyabrda Bakıda keçirilməsini alqışlayır.
Energetika
22 May , 2024 15:05
OPEC-in Baş katibi: Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanı tam dəstəkləyir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrda Bakıda keçirilməsini alqışlayır.

“Report” xəbər verir ki, bu barədə OPEC katibliyinin Vyanada neft kartelinin Baş katibi Haysam əl-Qays ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə bu gün keçirilən görüşünün yekunlarına dair məlumatında bildirilib.

“Bu gün OPEC-in Vyanada yerləşən mənzil-qərargahında COP29-a hazırlıqla bağlı Haysam əl-Qays və Muxtar Babayevin sədrliyi ilə yüksək səviyyəli dialoq keçirilib. Baş katib OPEC ilə Azərbaycan arasında əlaqələrin “qızıl dövr” yaşadığını vurğulayıb və qeyd edib ki, bu münasibətlərin möhkəmliyi Əməkdaşlıq Bəyannaməsi və Əməkdaşlıq Xartiyası (OPEC+) çərçivəsində davam edən əməkdaşlıqdan aydın görünür”, - məlumatda qeyd edilib.

OPEC-in Baş katibi həmçinin Azərbaycanın COP29-a bütün fikirlərin, o cümlədən neft sənayesi oyunçularının mövqeyinin dinlənilməsini təmin edən inklüziv yanaşmanı qəbul etməsini yüksək qiymətləndirib və qeyd edib ki, bu konstruktiv yanaşma OPEC və onun üzv ölkələrinin nöqteyi-nəzərinə uyğundur.

Son xəbərlər

Orphus sistemi