OPEC-in Baş katibi Azərbaycana gəlib

OPEC-in Baş katibi Azərbaycana gəlib “Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Haysam Əl-Qays iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub
Energetika
19 İyun , 2023 09:37
OPEC-in Baş katibi Azərbaycana gəlib

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays iyunun 18-də Azərbaycana səfərə gəlib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Haysam Əl-Qays Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Son xəbərlər

Orphus sistemi