OPEC hasilatı daha 300 min barel/gün azalda bilər

OPEC hasilatı daha 300 min barel/gün azalda bilər Hasilatın 1,5 mln. barel azaldılma ehtimalı var
Energetika
1 İyun , 2017 19:23
OPEC hasilatı daha 300 min barel/gün azalda bilər

Bakı. 1 iyun. REPORT.AZ/ OPEC bu il mayın 25-də Vyanada keçirdiyi sammitdə neft hasilatını daha 300 min barel/gün artırılmasını müzakirə edib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu məlumat mövzu ilə əlaqədar olan 3 müxtəlif mənbədən əldə edilib.

OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr hasilatı hazırki səviyyədən daha çox azaltmağı müzakirə etsələr də, nəticədə hazırki səviyyə ilə 9 ay daha uzatmaq qərarı alıb. Əgər OPEC hasilatı daha 300 min barel/gün azaltsa, OPEC-in günəlik neft hasilatını azaltma həcmi 1,5 mln. barelə yüksələcək.

Digər bir mənbənin məlumatına görə, OPEC və ona üzv olmayan ölkələrin bu 300 min barel kəsintini aralarında paylaşmaq istədikləri bildirilib. Ancaq hazırda gözləyib neft bazarının buna necə reaksiya verəcəyini görmək istədikləri vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi