OPEC+ görüşünün yaratdığı nikbinlik nefti bahalaşdırdı

OPEC+ görüşünün yaratdığı nikbinlik nefti bahalaşdırdı OPEC+ razılaşmasına dair nikbinlik neft bazarına müsbət təsir edib
Energetika
133
29 İyun , 2021 21:05
OPEC+ görüşünün yaratdığı nikbinlik nefti bahalaşdırdı

OPEC+ razılaşmasına dair nikbinlik neft bazarına müsbət təsir edib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 19.04-ə olan vəziyyətə görə “Brent” markalı neftin sentyabr fyüçersləri 0,55 faiz bahalaşaraq 74,55 ABŞ dollarından, avqust fyüçersləri də 0,67 faiz bahalaşaraq 75,18 dollardan, “WTI” markalı neftin avqust fyüçersləri isə 0,66 faiz bahalaşaraq 73,39 dollardan satılıb.

Ötən günkü hərraclarda isə neft ucuzlaşmışdı.

Qeyd edək ki, bir qədər əvvəl OPEC baş katibi Məhəmməd Barkindo tərəfindən neft bazarındakı mövcud vəziyyətin ehtiyatlı olmağı şərtləndirməsi barədə fikirləri cümə axşamı OPEC+ formatı iştirakçısı ölkələrinin görüşündə bazarda sabitliyə xidmət edən qərarlar verəcəyinə dair nikbin əhval-ruhiyyə yaradıb.

Digər tərəfdən də koronavirusun Delta variantının yayılması neftə tələbatla bağlı müəyyən şübhələrin ortaya çıxmasına səbəb olur. Belə ki, karantin tədbirlərinin yenidən bərpası neft bazarındakı canlanmaya mənfi təsir edə bilər.

Son xəbərlər

Orphus sistemi