OPEC+ görüşü neft bazarına təkan verdi

OPEC+ görüşü neft bazarına təkan verdi Bu gün OPEC+ formatı iştirakçılarının fevral ayındakı hasilata dair qərarı ərəfəsində neft qiymətləri artmağa başlayıb.
Energetika
5 Yanvar , 2021 15:55
OPEC+ görüşü neft bazarına təkan verdi

Bu gün OPEC+ ölkələrinin fevral ayındakı hasilata dair qərarı ərəfəsində neft qiymətləri artmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:05-ə olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyuçersləri 1,17 faiz bahalaşaraq 51,69 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 1,26 faiz bahalaşaraq 48,22 ABŞ dollarından satılıb.

Xatırladaq ki, dünən axşam OPEC+ ölkələrinin gələn ay hasilatın həcminə dair iclası başlamış, lakin razılaşma əldə edilmədiyindən müzakirələr bu günə təxirə salınmışdı.

Bununla yanaşı, dünyada koronavirusa qarşı peyvəndə başlanması karantin məhdudiyyətlərinin yumşalmasına və ləğv olunmasına, bununla da neftə tələbatın artmasına dair nikbinliyə təkan verdi.

Həmçinin “Reuters” xəbər verir ki, “Fitch Solutions” ekspertlərinin qənaətincə, dünyada koronavirusa yoluxma hallarının artması orta perspektivdə neftə tələbat artımının səngiməsinə gətirib çıxaracaq. Cari ildə “Brent” markalı neftin orta qiyməti 53 ABŞ dollarına yaxın səviyyədə gözlənilir.

Son xəbərlər

Orphus sistemi