OPEC+ görüşü ərəfəsində neftin qiyməti yüksəlir

OPEC+ görüşü ərəfəsində neftin qiyməti yüksəlir “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,84% artaraq bir barel üçün 44,19 ABŞ dollarına, WTI markalı neftin dekabr fyuçersləri isə 0,68% artaraq 41,62 dollar/barel səviyyəsinə yüksəlib.
Energetika
17 Noyabr , 2020 11:23
OPEC+ görüşü ərəfəsində neftin qiyməti yüksəlir

Qlobal neft qiymətləri artır, investorlar OPEC+in bu gün keçiriləcək Nazirlər Monitorinq Komitəsinin iclasını gözləyirlər, treyderlər isə koronavirusa qarşı peyvəndlə bağlı xəbərlər fonunda tələbat perspektivlərini qiymətləndirməyə davam edirlər.

“Report” xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə 08:59-a olan məlumata görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,84% artaraq bir barel üçün 44,19 ABŞ dollarına, WTI markalı neftin dekabr fyuçersləri isə 0,68% artaraq 41,62 dollar/barel səviyyəsinə yüksəlib.

Qeyd edək ki, günün ikinci yarısında OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək və iştirakçılar dünyada ikinci koronavirus dalğası fonunda neft bazarındakı vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, yeni OPEC+ razılaşmaları may ayından, qarşıdakı üç ayda gündəlik hasilatın 9,7 milyon barel azaldılması planı ilə başlayıb. Avqustdan ilin sonunadək “ixtisar” gündəlik 7,7 milyon barel təşkil edir. Yeni ilin əvvəlindən 2022-ci ilin aprel ayının sonuna qədər isə hasilatdakı azalma gündəlik 5,8 milyon barelə bərabər olmalıdır.

Amma COVID-19-un ikinci dalğasının başlaması neftə olan tələbatın bərpasının yavaşlaması ilə bağlı narahatlıqları artırıb. Artıq OPEC+in planlaşdırılan istehsal artımını bir və ya iki rüb təxirəsalma ehtimalını müzakirə etdiyi barədə məlumatlar var.

Koronavirusa qarşı peyvəndlə bağlı xəbərlər də iqtisadiyyatın bərpası perspektivlərinə və müvafiq olaraq neftə tələbata təsir edir. “Moderna” şirkəti bazar ertəsi koronavirusa qarşı peyvəndinin üçüncü sınaq mərhələsinin nəticələrinin 94,5%-lik effektivliyə malik olduğunu açıqlayıb. Bundan əvvəl isə “Pfizer” və “BioNTech” əczaçılıq şirkətləri sınaqların uğurluluq dərəcəsini 90% həcmində olduğunu elan edib.

Son xəbərlər

Orphus sistemi