Yuxarı

OPEC: Gələn il qlobal bazarda neftə tələbat rekord həddə çatacaq

OPEC tələbatın 95,41 mln. barel/gün olacağını proqnozlaşdırır

Bakı. 10 avqust. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 0,09 mln. barel artaraq rekord həddə - 95,41 mln. barel/gün olacağını proqnozlaşdırır. 

"Report" "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın avqust ayı üzrə açıqladığı hesabatında qeyd olunub.

OPEC həmçinin, 2016-cı il üzrə dünyada neftə gündəlik tələbatın 0,09 mln. barel artaraq 94,26 mln. barel olacağını hesab edir.

Dünya bazarına maye karbohidrogenlərin çatdırılmasına gəlincə, ilin II rübündə 1,06 mln. barel/gün, illik isə 0,3 mln. barel/gün azalaraq orta göstərici 94,6 mln. barel/gün olub.

OPEC üzvü olmayan ölkələrdən neft tədarükü isə 2016-cı il üzrə gözlənildiyi kimi 0,79 mln. barel/gün azalaraq 56,13 mln. barel/günə qədər olacaq.

OPEC neftinə 2017-ci ildə tələbat 1,2 mln. barel/gün artaraq 33 mln.barelədək olacaq. Bu il isə göstərici ötən ildən 1,9 mln. barel artaraq gündəlik 31,9 mln.barel olacağı gözlənilir. Hər iki göstərici üzrə əvvəlki proqnoz dəyişməyib.

İlkin məlumata görə, dünya üzrə neft hasilatı iyun ayına nisbətən iyulda 240 min barel/gün arataraq 95,14 mln. barel/gün olub. OPEC üzvü olmayan ölkələrdə gündəlik 0,2 mln. barel, OPEC ölkələrində isə 46 min barel artıb.

OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatına və kəşfiyyatına xərclərin azaldılması I yarımildə hasilatın illik müqayisədə 0,5 mln. barel/gün azalmasına səbəb olub.

Təşkilatın hesabatına görə, nəhəng neft-qaz şirkətlərinin geoloji kəşfiyyat və hasilata 2016-ci ildə xərcləri 20% azalaraq 135 mlrd. dollar olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi