OPEC gələn il qeyri-üzv ölkələrin gündəlik neft tədarükünün 80 min barel azalacağını proqnozlaşdırır

OPEC gələn il qeyri-üzv ölkələrin gündəlik neft tədarükünün 80 min barel azalacağını proqnozlaşdırır Bakı. 12 dekabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) kartelə daxil olmayan ölkələrdən neft təklifinin 2018-ci il üzrə proqnozunu ötən ayla müqayisədə gündəlik 190 min barel artıraraq 2,5 mln. barel/günə yüksəldib.
Energetika
12 Dekabr , 2018 17:53
OPEC gələn il qeyri-üzv ölkələrin gündəlik neft tədarükünün 80 min barel azalacağını proqnozlaşdırır

Bakı. 12 dekabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) kartelə daxil olmayan ölkələrdən neft təklifinin 2018-ci il üzrə proqnozunu ötən ayla müqayisədə gündəlik 190 min barel artıraraq 2,5 mln. barel/günə yüksəldib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Tədarükün artmasına əsas töhfəni ABŞ, Kanada, Rusiya və Qazaxıstan verib.

Bununla yanaşı, 2019-cu il üzrə təklifin artım proqnozu gündəlik 80 min barel azaldılaraq 2,16 mln. barelə qədər endirilib. Bu, Kanadanın hasilatı məhdudlaşdıracağı, eləcə də OPEC+ razılığına əsasən, 2019-cu ilin ilk yarısında gündəlik hasilatın 1,2 mln. barel azaldılacağı ilə bağlıdır.

Qeyd olunur ki, 2019-cu ildə neft tədarükünün artımında əsas pay ABŞ, Braziliya, Rusiya və Böyük Britaniyanın olacaq. Meksika və Norveçdə isə digərləri ilə müqayisədə hasilatda ən çox azalma olacaq.

Son xəbərlər

Orphus sistemi