OPEC+ fevralda hasilatın azaldılması üzrə sazişi 100 %-dən çox yerinə yetirib

OPEC+ fevralda hasilatın azaldılması üzrə sazişi 100 %-dən çox yerinə yetirib Bu barədə Əlcəzairin energetika və mədənlər naziri Məhəmməd Arkab bildirib
Energetika
1 Aprel , 2021 18:39
OPEC+ fevralda hasilatın azaldılması üzrə sazişi 100 %-dən çox yerinə yetirib

OPEC+ ölkələri bu ilin fevral ayında neft hasilatının azaldılması üzrə sazişi 100 %-dən çox yerinə yetirib.

“Report” “Algeria Press Service” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin energetika və mədənlər naziri Məhəmməd Arkab bildirib.

“Neft hasilatının məhdudlaşdırılmasına dair razılaşmaya uyğunluq səviyyəsi fevral ayında tam olub və hətta 100 %-i üstələyib”, - o deyib.

“Texniki komitənin hesabatları dünya bazarlarında sabitləşmənin müsbət göstəricilərinin olduğunu göstərib, lakin eyni zamanda neft bazarlarında, xüsusilə də dünyada yeni koronavirus ştammlarının sürətlə yayılmasından sonra bəzi qeyri-müəyyənliklər ortaya çıxarıb və bu həm tələbata, həm də qiymətlərə təsir edən istehlakçı ölkələrin bağlanmasına gətirib çıxarır”, - M.Arkab vurğulayıb.

Son xəbərlər

Orphus sistemi