Yuxarı

OPEC ötən ilin dekabr ayında neft hasilatını azaldıb

OPEC dekabr ayında neft hasilatını azaldıb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ilin dekabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr gündəlik neft hasilatını 751 min barel azaldıb.

“Report” xəbər verir ki, azalmanın ən böyük payı Səudiyyə Ərəbistanı və İranın payına düşür.

Belə ki, OPEC-in kənar mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 468 min barel azaldıb, təşkilata isə 450 min barel azaltdığını və gündəlik hasilatının 10,64 mln. barelədək düşdüyünü bildirib.

İran isə kənar mənbələrə görə sözügedən müddət ərzində gündəlik hasilatı 159 min barel azaldaraq 2,76 mln. barelədək aşağı salıb. Bununla yanaşı, İran hökumətinin ABŞ sanksiyaları qüvvədə qaldıqca OPEC-ə müvafiq məlumatlar verməmək qərarına gəldiyi bildirilir.

Ötən ilin dekabr ayında Liviya da hasilatı azaltmaq öhdəliyindən kənarlaşdırılmasına baxmayaraq, gündəlik hasilatı 172 min barel azaldaraq 928 min barelədək aşağı salıb.

Gündəlik hasilatı ən az azaldan ölkələr 33 min barellə Venesuela və 65 min barellə Birləşmiş Ərəb Əmirlikləridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi