OPEC+ çərçivəsində iyul ayında hasilat artırılacaq

OPEC+ çərçivəsində iyul ayında hasilat artırılacaq OPEC+ formatı iştirakçısı ölkələrinin iclasında 15-ci görüşü zamanı neft hasilatını iyul ayında da artırmaq barədə verilən qərar qüvvədə saxlanılıb.
Energetika
1 İyun , 2021 20:36
OPEC+ çərçivəsində iyul ayında hasilat artırılacaq

OPEC+ formatı iştirakçısı ölkələrinin iclasında 15-ci görüş zamanı neft hasilatını iyul ayında da artırmaq barədə verilən qərar qüvvədə saxlanılıb.

“Report” xəbər verir ki, bütövlükdə gündəlik hasilat tədricən 2 milyon barel artırılacaq.

Xatırladaq ki, ötən il pandemiyanın səbəb olduğu tələbat azalması ilə bağlı OPEC+ çərçivəsində 2020-ci ilin may ayından gündəlik hasilat 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaldılmışdı. Sonradan epidemioloji və iqtisadi vəziyyət sabitləşdikcə hasilat ixtisarı da müvafiq şəkildə tənzimlənib. Belə ki, bu ilin aprel ayında ixtisar həcmi 6,9 milyon barel, may ayında 6,55 milyon barel olubsa, iyun ayında 6,2 milyon barel, iyulda isə 5,76 milyon barel nəzərdə tutulur. Səudiyyə Ərəbistanının birtərəfli şəkildə üzərinə götürdüyü öhdəliklər də nəzərə alınsa, hasilat ixtisarı müvafiq olaraq 7,9 milyon, 7,3 milyon, 6,6 milyon, 5,76 milyon barel təşkil edib.

OPEC+ formatının iştirakçısı olan bütün ölkələrin növbəti, sayca 18-ci nazirlər görüşü iyulun 1-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi