OPEC+ çərçivəsində hasilat ixtisarının yumşaldılması müzakirə olunur
Energetika
- 24 iyun, 2021
- 15:10
OPEC+ formatının iştirakçı ölkələri hasilat ixtisarını avqust ayında gündəlik 500 min barel azaltmaq məsələsini müzakirə edir.
“Report” “Dow Jones”a istinadən xəbər verir ki, qarşıdakı hasilat siyasətinin müzakirəsi üçün iyulun 1-də görüş keçirmək niyyətində olan format iştirakçıları hazırda neftə tələbatın artacağının qətiləşmədiyi qənaətində olduqları üçün hasilatı artırmağa ehtiyatlı yanaşırlar.
Xatırladaq ki, ötən il may ayında, yəni pandemiyanın pik dövründə OPEC+ formatı gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaltmışdı.
Mənbələrə görə, format çərçivəsində cari ilin avqust ayından sonrakı dövrdə hər ay hasilatı 500 min barel artırmaq məsələsi qeyri-rəsmi şəkildə də olsa, müzakirə olunur.
Son xəbərlər
00:17
Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
Digər ölkələr23:45
Rodri "Barselona"ya keçib
Futbol23:21
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
Region23:13
Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
Region23:11
Tramp İranın ABŞ-la razılaşma imzalamağa hazır olduğuna şübhə edir.
Digər ölkələr22:52
Rusiya rəsmilərinin Azərbaycana qarşı açıqlamaları hüquqi məsuliyyət yaradır - RƏY
Xarici siyasət22:40
Brent neftinin qiyməti 91 dolları ötüb
Energetika22:35
Kim Çen In Trampın danışıqlar təklifini qəbul edib
Digər ölkələr22:33