OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu yeniləyib

Energetika
  • 13 iyun, 2023
  • 12:56
OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu yeniləyib

Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 29 min barel artaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyun hesabatına istinadən xəbər verir ki, aprel ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 8 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.

"Köhnə yataqlardakı əsas azalmanın digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya ediləcəyi gözlənilir. Artım əsasən “Şahdəniz” və “Abşeron” qaz-kondensat layihələri hesabına proqnozlaşdırılır", - məlumatda deyilir.

Apreldə Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə bütövlükdə sabit qalıb və ötən illə müqayisədə gündəlik orta hesabla 65 min barel azalaraq 0,7 milyon barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 512 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 146 min barel təşkil edib.

OPEC-in hesablamalarına görə, 2022-ci ildə Azərbaycanda maye karbohidrogenlərin tədarükü 2021-ci illə müqayisədə sutkada 40 min barel azalaraq, orta hesabla sutkada 700 min barel təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti