OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu yüksəldib

OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu yüksəldib Bakı. 14 mart. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il neftə olan tələbatla bağlı mart proqnozunu fevral ayı ilə müqayisədə 30 min barel/gün və yaxud 0,03% artıraraq 98,63 mln. barel/günə çatdırıb. 
Energetika
14 Mart , 2018 18:00
OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu yüksəldib

Bakı. 14 mart. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il neftə olan tələbatla bağlı mart proqnozunu fevral ayı ilə müqayisədə 30 min barel/gün və yaxud 0,03% artıraraq 98,63 mln. barel/günə çatdırıb. 

"Report" xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənəddə həmçinin qeyd olunub ki, 2018-ci ildə neft tələbi illik müqayisədə 1,6 mln. barel/gün, OPEC üzvü olmayan ölkələrdən neft təklifi isə 1,66 mln. barel/gün artacaq. 

Bununla yanaşı, OPEC ehtimal edir ki, bu il Rusiyada neft hasilatının həcmi əvvəlki hesabatla müqayisədə 20 min barel/gün və yaxud 0,18% çox -  11 mln. barel/gün olacaq. 

Son xəbərlər

Orphus sistemi