OPEC baş katibi ABŞ şist neft hasilatçıları ilə danışıqlar aparacaq

OPEC baş katibi ABŞ şist neft hasilatçıları ilə danışıqlar aparacaq ABŞ neft hasilatını sürətlə artıraraq nəticələrini düşünmür
Energetika
12 İyul , 2017 20:35
OPEC baş katibi ABŞ şist neft hasilatçıları ilə danışıqlar aparacaq

Bakı. 12 iyul. REPORT.AZ/ OPEC-in Baş katibi Məhəmməd Barkindo 2017-ci ilin sonuna qədər ABŞ şist neft hasilatçısı şirkətlərlə növbəti danışıqlara hazırlaşdığını bildirib. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə M.Barkindo jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan əvvəl bu ilin mart ayında ABŞ-ın Hyuston şəhərində keçirdiyi görüş çox məhsuldar olub.

Bir sıra ekspertlər düşünür ki, amerikan şist neft hasilatçıları neft hasilatını sürətlə inkişaf elətdirərək özlərini məhv edə bilər.

FGE konsaltinq şirkətinin rəhbəri Firudin Feşarakinin "Bloomberg" agentliyinə verdiyi açıqlamasında ABŞ neft hasilatçılarının inanılmaz dərəcədə hasilatı artırdıqlarını və bunun nəticəsini düşünmədiklərini qeyd edib. O, ilin sonuna qədər ABŞ-ın neft hasilatını 800 min barel/gün artıra biləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi