OPEC Azərbaycanda qaz hasilatı, ixracı və ehtiyatı ilə bağlı hesabatını açıqlayıb

Energetika
  • 01 oktyabr, 2021
  • 12:22
OPEC Azərbaycanda qaz hasilatı, ixracı və ehtiyatı ilə bağlı hesabatını açıqlayıb

2020-ci il ərzində Azərbaycanda 22,408 milyard kubmetr təbii qaz hasil edilib.

“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində bildirilib.

Hesabata əsasən, bu, 2019-cu ilin qaz hasilatı ilə müqayisədə 7,7 % çoxdur.

Ümumilikdə, 2020-ci il ərzində dünya üzrə 3,962 trilyon kubmetr təbii qaz hasil edilib ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 3 % azdır.

Eyni zamanda, 2020-ci ildə Azərbaycan dünya bazarına 9,9 milyard kubmetr təbii qaz ixrac edib. Hesabata əsasən, bu, 2019-cu ilin qaz ixracı ilə müqayisədə 12,4 % azdır. Ümumilikdə isə 2020-ci il ərzində dünya üzrə 1,244 trilyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 6,6 % azdır.

Bundan başqa, OPEC-in illik statistik bülleteninə əsasən, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,2 trilyon kubmetr təşkil edib. Bu da 2019-cu ilin sonu ilə müqayisədə 14,8 % çoxdur.

Hesabatda deyilir ki, ümumilikdə dünya üzrə 206,683 trilyon kubmetr təbii qaz ehtiyatı var ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 0,4 % azdır.

44 - Tezliklə