OPEC Azərbaycanda neft hasilatı, ixracı ilə bağlı hesabatını açıqlayıb
- 01 oktyabr, 2021
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci il ərzində Azərbaycanda gündəlik olaraq 611,7 min barel xam neft hasil edilib.
“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində bildirilib.
Hesabata əsasən, bu, 2019-cu ilin gündəlik neft hasilatı ilə müqayisədə 9,9 % azdır.
Ümumilidə, 2020-ci il ərzində dünya üzrə 69,093 milyon barel xam neft hasil edilib ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 8,2 % azdır.
Eyni zamanda, 2020-ci ildə Azərbaycan dünya bazarına 500,3 min barel xam neft ixrac edib. Hesabata əsasən, bu, 2019-cu ilin neft ixracı ilə müqayisədə 10,5 % azdır. Ümumilikdə isə 2020-ci il ərzində dünya üzrə 41,988 milyon barel xam neft ixrac edilib ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 7,2 % azdır.
Bundan başqa, OPEC-in illik statistik bülleteninə əsasən, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel təşkil edib. Bu da 2019-cu ilin sonu ilə müqayisədə eynidir. Hesabatda deyilir ki, ümumilikdə dünya üzrə 1,548 trilyon barel neft ehtiyatı var ki, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 0,2 % çoxdur.