OPEC Azərbaycanda maye karbohidrogenlər üzrə hasilat proqnozunu artırıb

OPEC Azərbaycanda maye karbohidrogenlər üzrə hasilat proqnozunu artırıb bu barədə qurumun aprel ayı üzrə hesabatında bildirilir
Energetika
13 Aprel , 2021 17:05
OPEC Azərbaycanda maye karbohidrogenlər üzrə hasilat proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozunu 30 min barel artıraraq 760 min barel səviyyəsinə çatdırıb. Bu, ötən il qeydə alınmış hasilat göstəricisindən 30 min barel çoxdur.

“Report”un məlumatına görə, bu barədə qurumun aprel ayı üzrə hesabatında bildirilir.

Xatırladaq ki, bu ilin mart ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı azalıb və gündəlik 0,74 milyon barelə çatması gözlənilir ki, bu da fevral ayındakı səviyyə ilə eynidir.

Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsindən hasil edilən kondensat yanvarda rekord həddə çatıb. Bu layihə başa çatdıqdan sonra “Şahdəniz”də kondensat hasilatı gündəlik 193 min barel olub. Ancaq fevral və mart ayları üzrə ilkin gündəlik hasilat göstəriciləri 45 min barel azalaraq orta hesabla 148 min barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi