OPEC Azərbaycanda iyun ayı üzrə orta gündəlik neft hasilatını açıqlayıb
- 10 iyul, 2024
- 12:39
İyun ayında Azərbaycanda orta gündəlik neft hasilatı 479 min barel təşkil edib.
"Report" bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Kartelin məlumatına görə, iyunda Azərbaycanda orta gündəlik neft hasilatı may ayı ilə müqayisədə gündəlik 13 min barel və ya 2,8 % artıb.
Bildirilib ki, apreldə Azərbaycanda gündəlik neft hasilatı 479 min barel, may ayında 466 min barel, ümumilikdə isə ikinci rübün nəticələrinə görə 475 min barel olub.
Qeyd edək ki, OPEC-in məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı gündəlik 477 min barel təşkil edib.
Hesabata görə, “OPEC+” sazişi çərçivəsində Azərbaycanın 2024-cü il üçün neft hasilatı kvotası gündəlik 551 min barel olduğu halda, iyunda faktiki hasilat 72 min barel geri qalıb.
Ötən il ölkədə orta gündəlik neft hasilatı sutkada 503 min barel olub.