OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu azaldıb

Energetika
  • 12 may, 2022
  • 12:57
OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 60 min barel artırıb.

"Report"un məlumatına görə, bu barədə qurumun may ayı üçün açıqladığı hesabatında deyilir.

Bildirilir ki, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, amma bu, əvvəlki gözləntilərdən 6 min barel azdır, çünki I rübdə hasilat həcmləri proqnozlaşdırılandan az olub.

OPEC-in qiymətləndirilmələrinə görə, 2021-ci il ərzində Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı 10 min barel artaraq 740 min barel səviyyəsində olub.

OPEC-in proqnozunda qeyd olunur ki, bu ilin martında ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 8 min barel azalaraq 740 min barel təşkil edib. Mart ayında bu göstəricinin 800 min barel olacağı ehtimal edilir. Azərbaycan neftinin hasilatı daha əvvəlki ilin eyni ayı ilə müqayisədə gündəlik olaraq 575 min barel səviyyəsində olub. Ökədə kondensatın hasilatı eyni səviyyədə qalıb.

Hesabatda deyilir ki, “Azəri-Çıraq-Günışli” (AÇG) yataqlar blokundan hasil edilən xam neftinin azalmasının böyük hissəsinin 2021-ci ilin iyulunda işə salınmış “Şahdəniz-2” dən kondensat hasilatı və yeni layihələrin işə salınması hesabına qismən kompensasiya ediləcəyi gözlənilir. Azərbaycanda maye karbohidrogenlərin hasilatının 2022-ci ilin aprelində artaraq sutkada orta hesabla 800 min barelə çatacağı gözlənilirdi.