OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu azaldıb

Energetika
  • 12 aprel, 2022
  • 13:57
OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 10 min barel azaldıb.

"Report"un məlumatına görə, bu barədə qurumun aprel ayı üçün açıqladığı hesabatında deyilir.

Bildirilir ki, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 0,81 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, illik nisbətdə 70 min barel çoxdur.

OPEC-in qiymətləndirilmələrinə görə, 2021-ci il ərzində Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı 0,01 milyon barel artaraq 0,74 milyon barel səviyyəsində olub.

OPEC-in proqnozunda qeyd olunur ki, bu ilin fevralında ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 15 min barel azalaraq 720 min barel təşkil edib. Mart ayında bu göstəricinin 800 min barel olacağı ehtimal edilir.

Ötən ilin mart ayında Azərbaycan neftinin hasilatı gündəlik olaraq 566 min barel səviyyəsində olub. Ökədə kondensatın hasilatı 150 min barel təşkil edib.

Hesabatda deyilir ki, “Azəri-Çıraq-Günışli” (AÇG) yataqlar blokundan hasil edilən xam neftinin azalmasının böyük hissəsinin 2021-ci ilin iyulunda işə salınmış “Şahdəniz-2” dən kondensat hasilatı hesabına qismən kompensasiya ediləcəyi gözlənilir. Azərbaycanda maye karbohidrogenlərin hasilatının 2022-ci ilin martında artaraq sutkada orta hesabla 0,8 milyon barrelə çatacağı gözlənilir.

44 - Tezliklə