OPEC+ anlaşmasının müddətinin uzadılmasının tərəfdarları artır

OPEC+ anlaşmasının müddətinin uzadılmasının tərəfdarları artır Bakı. 29 mart. REPORT.AZ/ Neft hasilatçısı olan daha bir neçə ölkə OPEC+ anlaşmasının müddətinin 6 ay uzadılması barədə təklif irəli sürüb.
Energetika
29 Mart , 2018 16:58
OPEC+ anlaşmasının müddətinin uzadılmasının tərəfdarları artır

Bakı. 29 mart. REPORT.AZ/ "Neft hasilatçısı olan daha bir neçə ölkə OPEC+ anlaşmasının müddətinin 6 ay uzadılması barədə təklif irəli sürüb". 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Cabbar əl-Luaibi deyib.

Bununla belə, o, təklifi irəli sürən ölkələrin adını açıqlamayıb. 

Xatırladaq ki, martın 25-də Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC+ anlaşmasının müddətinin 2019-cu ildə də uzadılmasını təklif edib. Buna qədər belə bir təklif irəli sürülməyib, tərəflər anlaşmadan çıxmağı düşündüklərini bildiriblər.

Qeyd edək ki, OPEC+ anlaşması iştirakçılarının növbəti iclası iyunun 22-də Vyanada (Avstriya) keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi