OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neft bahalaşır

OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neft bahalaşır OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neftin qiyməti artır.
Energetika
3 Dekabr , 2021 11:24
OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neft bahalaşır

OPEC+ alyansının hasilatla bağlı gözləmə mövqeyi fonunda neftin qiyməti artır.

Bu barədə “Report” bazarlara istinadən xəbər verir ki, Bakı vaxtı ilə 9.33-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 1,54% bahalaşaraq, 1 bareli 70,72 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,73% artaraq, 1 bareli 67,65 ABŞ dolları təşkil edib.

OPEC+ ölkələri alyansın mövcud strategiyasına sadiq qalmaq və yanvar ayında hasilatı planlaşdırıldığı kimi gündəlik 400 min barel artırmaq barədə qərar qəbul edib. Alyans “omikron” ştamı ilə bağlı heç bir qərar qəbul etməyib və bazarı izləmək mövqeyi tutub. OPEC+ ehtiyac olacağı təqdirdə dərhal reaksiya verəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi