Neft qiymətlərinin artım tempi yüksəlib - YENİLƏNİB

Neft qiymətlərinin artım tempi yüksəlib - YENİLƏNİB Rusiyanın OPEC+ sazişində iştirakının mümkün dayandırılması ilə bağlı xəbərlərdən sonra dünya bazarlarında neft bahalaşıb.
Energetika
1 İyun , 2022 14:34
Neft qiymətlərinin artım tempi yüksəlib - YENİLƏNİB

Dünya bazarlarında neft qiymətlərinin artım tempi yüksəlib.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,53% bahalaşaraq 1 bareli 117,37 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,5% artıb və 1 bareli 116,39 ABŞ dolları təşkil edib.

10:13

Rusiyanın OPEC+ sazişində iştirakının mümkün dayandırılması ilə bağlı xəbərlərdən sonra dünya bazarlarında neft bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,36% bahalaşaraq 1 bareli 116,02 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,44% artıb və 1 bareli 115,17 ABŞ dolları təşkil edib.

Qərb sanksiyaları Rusiyanın daha çox neft hasil etmək imkanlarını məhdudlaşdırdığından bəzi OPEC ölkələri Rusiyanın OPEC+ sazişindən iştirakının dayandırılması ideyasını nəzərdən keçirir. OPEC+ alyansının iclası sabah – iyunun 2-si keçiriləcək.

İngilis versiyası Oil rises on OPEC+ news

Son xəbərlər

Orphus sistemi