OPEC ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu sutkada 12,7 milyon barelə yüksəldib

OPEC ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu sutkada 12,7 milyon barelə yüksəldib OPEC 2023-cü ildə ABŞ-da neft və kondensat hasilatı üzrə proqnozunu avqust qiymətləndirilməsinə görə gündəlik 40 min barel artırıb. İndi bu göstəricinin sutkada 0,8 milyon barel artaraq 12,7 milyon barelə çatacağı gözlənilir.
Energetika
12 Sentyabr , 2023 18:16
OPEC ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu sutkada 12,7 milyon barelə yüksəldib

OPEC 2023-cü ildə ABŞ-da neft və kondensat hasilatı üzrə proqnozunu avqust qiymətləndirilməsinə görə gündəlik 40 min barel artırıb. İndi bu göstəricinin sutkada 0,8 milyon barel artaraq 12,7 milyon barelə çatacağı gözlənilir.

"Report"un xəbər verir ki, bu, alyansın hesabatının sentyabr sayında qeyd edilib.

Əvvəlki hesabatda OPEC 2023-cü ildə gündəlik 0,75 milyon barel artaraq 12,66 milyon barelə çatacağını proqnozlaşdırırdı.

OPEC-in məlumatına görə, 2022-ci ildə ölkənin neft hasilatı sutkada 11,91 milyon barel təşkil edirdisə, 2024-cü ildə bu,13,1 milyon barelə çata bilər.

Həmçinin, bu il ölkədə maye karbohidrogenlərin hasilatının illik ifadədə sutkada 1,2 milyon barel artaraq orta hesabla 20,5 milyon barelə çatacağı da proqnozlaşdırılır ki, bu da əvvəlki proqnozlara nisbətən sutkada 63 min barel çoxdur. Qeyd olunur ki, bu ilin əvvəlindən qazma fəallığının azalmasına baxmayaraq, quyuların məhsuldarlığı yaxşılaşıb. Böyük şist yataqlarında ilin qalan hissəsində daha az təchizat zənciri və logistika problemlərinin olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi