OPEC 2023-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib

OPEC 2023-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib OPEC qlobal neft tələbatının 2,4 milyon barel artaraq sutkada 102 milyon barelə çatacağını proqnozlaşdırır.
Energetika
10 Avqust , 2023 17:38
OPEC 2023-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib

OPEC qlobal neft tələbatının 2,4 milyon barel artaraq sutkada 102 milyon barelə çatacağını proqnozlaşdırır.

“Report” Neft İxrac Edən Ölkələr Təşkilatının avqust hesabatına istinadən xəbər verir ki, qlobal neft tələbatı 2023-cü ildə gündəlik 2,4 milyon barel artacaq.

"Bu, ötən aydakı proqnozla eynidir”, - hesabatda qeyd edilib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda neftə olan tələbatın 2023-cü ildə gündəlik 74 min barel artaraq orta hesabla 46 milyon barel olacağı gözlənilir. OECD-ə daxil olmayan ölkələrdə isə ümumi neft tələbatı təxminən 2,4 milyon barel artaraq orta hesabla 56 milyon barel təşkil edəcək.

2024-cü ildə OPEC qlobal neft tələbatının sutkada 2,2 milyon barel artacağını proqnozlaşdırır. Bu da əvvəlki proznozlara uyğundur. OECD regionunda tələbatın gündəlik təxminən 0,3 milyon barel artacağı gözlənilir. Ən böyük artım Şimali və Cənubi Amerika ölkələrində müşahidə olunacaq.

OPEC-ə daxil olmayan ölkələrdə tələbat gündə təxminən 2 milyon barel arta bilər. Ən böyük artım isə Çin, Yaxın Şərq və digər Asiya ölkələrinin payına düşəcək. Daha sonra Hindistan, Latın Amerikası və Afrika ölkələrində də tələbatın artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi