OPEC 2022-cü il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu azaldıb
- 14 noyabr, 2022
- 14:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu ötən illə müqayisədə 6 min barel azaldaraq 700 min barelə çatdırıb.
"Report"un məlumatına görə, bu barədə qurumun noyabr ayı üçün açıqladığı hesabatında deyilir.
Bildirilir ki, üçüncü rübdə əsas neft yataqlarında hasilatın gözləniləndən az olması səbəbindən bu proqnoz gözləniləndən 10 min barel azdır.
OPEC qeyd edir ki, 2022-ci ildə artım “Şahdəniz-2” və “Abşeron” qaz-kondensat layihələrin və Azəri Mərkəzi Şərqi (ACE) layihəsi hesabına gözlənilir.
OPEC və qeyri-OPEC nazirlərinin 33-cü iclasında razılaşdırılmış könüllü hasilat səviyyələrinə uyğun olaraq, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 49 min barel artacağı, orta hesabla 800 min barel olacağı proqnozlaşdırılır.
Hesabatda qeyd edilir ki, sentyabrda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə 5 min barel artaraq sutkada orta hesabla 700 min barel olub. İllik müqayisədə isə 38 min barel azalıb.
Rəsmi mənbələrə əsasən, xam neft hasilatı sutkada orta hesabla 558 min barel olub. “Şahdəniz” yatağında hasilat orta hesabla sutkada 138 min barel təşkil edib.