OPEC 2022-23-cü illərdə Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu artırıb
- 12 oktyabr, 2022
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu ötən illə müqayisədə cüzi artıraraq 700 min barelə çatdırıb.
"Report"un məlumatına görə, bu barədə qurumun oktyabr ayı üçün açıqladığı hesabatında deyilir.
Bildirilir ki, avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən az olması səbəbindən bu proqnoz gözləniləndən 19 min barel azdır.
OPEC və qeyri-OPEC nazirlərinin 33-cü iclasında razılaşdırılmış könüllü hasilat səviyyələrinə uyğun olaraq, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 49 min barel artacağı, orta hesabla 800 min barel olacağı proqnozlaşdırılır.
Hesabatda qeyd edilir ki, avqustda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə demək olar ki, dəyişməyərək sutkada orta hesabla 700 min barel olub. İllik müqayisədə isə 52 min barel azalıb.
Rəsmi mənbələrə əsasən, xam neft hasilatı sutkada orta hesabla 554 min barel olub. “Şahdəniz” yatağında hasilat orta hesabla sutkada 137 min barel təşkil edib.
OPEC qeyd edir ki, 2022-ci ildə ölkədə yeni layihələrin başlanması gözlənilmir. Baxmayaraq ki, köhnə yataqlardakı əsas azalmanın digər yataqlarda, məsələn, “Şahdəniz-2” və “Abşeron”da hasilatın artması ilə kompensasiya ediləcəyi gözlənilir.