OPEC+ 2021-ci ildə neft hasilatında məhdudiyyətlərlə bağlı müzakirə aparır

OPEC+ 2021-ci ildə neft hasilatında məhdudiyyətlərlə bağlı müzakirə aparır Hasilatın daha çox azaldılması təklifi kartel üzvləri arasında hələ geniş dəstək qazanmayıb.
Energetika
12 Noyabr , 2020 12:04
OPEC+ 2021-ci ildə neft hasilatında məhdudiyyətlərlə bağlı müzakirə aparır

OPEC+ ölkələri 2021-ci ilin bir-iki rübü üçün hesablanan neft hasilatındakı məhdudiyyətlərin yumşaldılmasının təxirə salınması fikrini müzakirə edirlər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi bir sıra kartel ölkələrinin nümayəndə heyətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, OPEC üzvləri hazırda neft hasilatı üzrə mövcud kvotaların gələn ilin ilk aylarında da saxlanması fikrini fəal şəkildə müzakirə edirlər. Mənbələrin bildirdiyinə görə, hasilatın daha çox azaldılması təklifi kartel üzvləri arasında hələ geniş dəstək qazanmayıb.

Xatırladaq ki, OPEC+in neft hasilatının azaldılması üzrə yenilənmiş sazişi may ayından etibarən qüvvədədir. Alyans ölkələrinin gündəlik hasilatı 9,7 milyon barel azaltdığı müqavilənin ilk mərhələsi avqustda sona çatıb. Sentyabrdan ilin sonuna qədər azalma gündəlik 7,7 milyon barel təşkil edəcək. 2021-ci il yanvarın 1-dən etibarən isə məhdudiyyətlər gündəlik 5,8 milyon barel olmalıdır.

Saziş 2022-ci ilin aprel ayına qədər qüvvədədir, şərtlər 2021-ci ilin dekabrında yenidən nəzərdən keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi