Oman OPEC+ sazişi ilə əlaqədar neft hasilatını 2% azaldacaq
Energetika
- 14 dekabr, 2018
- 08:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 dekabr. REPORT.AZ/ Oman gələn ilin ilk 6 ayı ərzində neft hasilatını yanvar ayına nisbətən 2% azaldacaq.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Oman Neft və Qaz Nazirliyinin neft alıcılarına göndərdiyi məktubda deyilir.
Məktubda bildirilir ki, hasilatın azaldılması OPEC və qeyri-OPEC sazişləri əsasında dünyada neft tədarükünü azaltmaqla əlaqədar razılaşma ilə bağlıdır.
Qeyd edək ki, Oman OPEC üzvü deyil. OPEC+ sazişi iştirakçılarının nazirlərinin görüşünün yekununda neft hasilatının 2019-cu ilin yanvar ayından etibarən yarım il ərzində toplam olaraq gündə 1,2 milyon barel azaltmaqla bağlı qərar qəbul edilib.
Son xəbərlər
18:09
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
Futbol
18:08
Foto
Video
"Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib
Hərbi
18:06
"Sabah"ın futbolçusu Rəhman Daşdəmirov: "Slaviya"nı yaxşı təhlil etmişik"
Futbol
18:00
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Sosial müdafiə
17:58
Foto
Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib
İnfrastruktur
17:55
"Arsenal"ın iki futbolçusu zədələnib
Futbol
17:52
Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
Sağlamlıq
17:51
Xankəndiyə investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb
Maliyyə
17:51
Psixoloq: Valideynlər uşaqlara insanın dəyərinin geyimi ilə deyil, biliyi və davranışı ilə ölçüldüyünü açıqlamalıdırlar
Elm və təhsil