Oktyabrda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Oktyabrda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb Bu ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.
Energetika
6 Noyabr , 2019 12:46
Oktyabrda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Bu ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, ötən ay Muxtar Respublikasına verilən təbii qazın ümumi həcmi 11 598 365 kubmetr təşkil edib. Oktyabr ayı üzrə verilən təbii qazın ümumi dəyəri 1 494 993 manat, daxil olan vəsaitin həcmi isə 1 605 531 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 107,4% olub.

Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 1 805 491 kubmetr, verilən təbii qazın ümumi dəyəri 195 563 manat, daxil olan vəsaitin həcmi 195 607 manat olub.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 218 367 kubmetr, verilən təbii qazın ümumi dəyəri 2514 manat, daxil olan vəsaitin həcmi isə 23 517 manat təşkil edib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 371 394 kubmetr, verilən təbii qazın ümumi dəyəri 3139 manat, daxil olan vəsaitin həcmi isə 37 142 manat olub.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 410 020 kubmetr, verilən təbii qazın ümumi dəyəri 41 002 manat, daxil olan vəsaitin həcmi isə 41 023 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 722 838 kubmetr, verilən təbii qazın ümumi dəyəri 77 676 manat, daxil olan vəsaitin həcmi 77 681 manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 87 345 kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 8 952 manat, daxil olan vəsaitin həcmi 952 manat olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 256 292 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 25 629 manat, daxil olan vəsaitin həcmi 25 635 manat olub.

Oktyabrda Babək rayonuna verilən təbii qazın ümumi həcmi 823 938 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 9092 manat, daxil olan vəsaitin həcmi 9104 manat olub. Bu rayonlarda təbii qazın istifadəsinə görə yığımı 100% olub.

Bu ilin oktyabr ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 6 902 680 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 991 426 manat, daxil olan vəsaitin həcmi 1 101 870 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 111,1% olub.

Son xəbərlər

Orphus sistemi