Oktyabrda AERA-nın nəzarət tədbirlərinin 77 %-i qazdan istifadə ilə bağlı olub

Oktyabrda AERA-nın nəzarət tədbirlərinin 77 %-i qazdan istifadə ilə bağlı olub B
Energetika
5 Noyabr , 2022 17:40
Oktyabrda AERA-nın nəzarət tədbirlərinin 77 %-i qazdan istifadə ilə bağlı olub

Bu ilin oktyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 70 nəzarət tədbiri keçirilib.

Bu barədə “Report” AERA-ya isitnadən xəbər verir.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 54 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 22 müəssisədə 64 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 428 müraciət qəbul edilərək icra edilib.

Son xəbərlər

Orphus sistemi