Yuxarı
    Bağlamaq

    Odessaya 87,5 min ton Azərbaycan nefti gətirilib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 87,458 min ton Azərbaycan nefti çatdırılıb.

    “Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasından bildirilib.

    Azərbaycan nefti Malta bayrağı ilə üzən “Seastar” tankerində Odessa limanına daşınıb və dekabrın 1-də yük boşaldılıb. Məlumatda deyilir ki, Azərbaycan nefti Supsa limanından (Gürcüstan, Qara dəniz) yola salınıb.

    Qeyd edək ki, “Ukrtatnafta” (zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik 1,3 mln. ton həcmində xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi