Odessaya 83 min ton Azərbaycan nefti çatdırılıb

Odessaya 83 min ton Azərbaycan nefti çatdırılıb Tanker xam neft təchizatını Supsa limanından həyata keçirib
Energetika
4 May , 2017 11:27
Odessaya 83 min ton Azərbaycan nefti çatdırılıb

Bakı. 4 may. REPORT.AZ/ Mayın 1-də 83,1 min ton həcmində Azərbaycan nefti ilə yüklənmiş Yunanıstanın “Nissos Santorini” tankeri Odessa (Qara dəniz, Ukrayna) limanına yan alıb.

“Report” “OilNews” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasından məlumat verilib.

Məlumata görə, tanker xam neft təchizatını Gürcüstanın Supsa limanından (Qara dəniz) həyata keçirib.

Xam neftin boşaldılması ötən gün axşam saatlarında baş çatdırılıb.

Son xəbərlər

Orphus sistemi