Noyabrda SOCAR Ukrayanaya benzin idxalını 25 % azaldıb

Energetika
  • 09 dekabr, 2021
  • 06:01
Noyabrda SOCAR Ukrayanaya benzin idxalını 25 % azaldıb

Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 3,6 min ton avtomobil benzini idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, bu ilin oktyabr ayının göstəriciləri ilə müqayisədə 1,2 min ton və ya 25 % azdır.

Azərbaycan şirkəti avtomobil benzinini Polşadan idxal edib.

Bu il noyabr ayında Ukraynaya ümumilikdə 109 min ton avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin analoji ayı ilə müqayisədə 5 % çoxdur. Cari ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 11,9 % azdır.

Noyabrda əsas idxal əsasən Belarus neft emalı zavodlarının payına düşüb. Ötən ay Belarus neft emalı zavodları 94,4 min ton benzin ixrac ediblər ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 10 % çoxdur.

Noyabr ayında Polşadan Ukrayna ümumilkdə 14,4 min ton benzin idxal edilib ki, bu da illik müqayisədə 16 % azdır.

Bu ilin yanvar-noyabr ayları ərzində isə Ukraynaya 1,158 milyon avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin 11 ayı ilə müqayisədə 15,2 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti