Noyabrda sahibkarlar elektrik enerjisinə qoşulma üçün 397 min manat ödəyib

Noyabrda sahibkarlar elektrik enerjisinə qoşulma üçün 397 min manat ödəyib Bakı. 10 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub.
Energetika
10 Dekabr , 2018 09:28
Noyabrda sahibkarlar elektrik enerjisinə qoşulma üçün 397 min manat ödəyib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub.

“Report” Nazirliyə istinadən xəbər verir ki, bunlardan 130 müraciətin icrası təmin edilib, 7 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

2018-ci ilin noyabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1 788,4 kVt güc sifariş edilib və 397 207,56 manat qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə may-noyabr ayları ərzində sahibkarlar tərəfindən “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərindəki Texniki Şuralar vasitəsilə 1 046 müraciət daxil olub. Ümumilikdə isə 2018-ci ilin 11 ayı üzrə Texniki Şuralarda 1 919 müraciətə baxılıb.

Son xəbərlər

Orphus sistemi