Noyabrda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Noyabrda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb Bu ilin noyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.
Energetika
11 Dekabr , 2019 14:14
Noyabrda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Bu ilin noyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, ötən ay Muxtar Respublikasına verilən təbii qazın ümumi həcmi 21 700 100 kubmetr təşkil edib. Noyabr ayı üzrə verilən təbii qazın ümumi dəyəri 2 940 789 manat, daxil olan vəsaitin həcmi isə 2 833 477 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 96,4 olub.

Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 3 739710 kubmetr, verilən təbii qazın ümumi dəyəri 491 214 manat, daxil olan vəsaitin həcmi 491 339 manat olub.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 575185 kubmetr, verilən təbii qazın ümumi dəyəri 70 907manat, daxil olan vəsaitin həcmi isə 70 914 manat təşkil edib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 903 944 kubmetr, verilən təbii qazın ümumi dəyəri 98 786 manat, daxil olan vəsaitin həcmi isə 98 794 manat olub.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 958 252 kubmetr, verilən təbii qazın ümumi dəyəri 103 404 manat, daxil olan vəsaitin həcmi isə 103 419 manat olub.

Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 1 873 840 kubmetr, verilən təbii qazın ümumi dəyəri 215 226 manat, daxil olan vəsaitin həcmi 215 245 manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 245 347kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 26 388 manat, daxil olan vəsaitin həcmi 26 392 manat olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 698 677 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 81 710 manat, daxil olan vəsaitin həcmi 81 719 manat olub.

Noyabrda Babək rayonu verilən təbii qazın ümumi həcmi 2 016 196 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 245 170 manat, daxil olan vəsaitin həcmi 245 211 manat olub. Bu rayonlarda təbii qazın istifadəsinə görə yığımı 100% olub.

Bu ilin noyabr ayında muxtar respublikanın müəssisə və təşkilatlarınaverilən təbii qazın ümumi həcmi 10 688 949 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 1 607 984 manat, daxil olan vəsaitin həcmi 1 500 444 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 93,3% olub.

Son xəbərlər

Orphus sistemi