​Azərbaycan Novorossiysk limanından ixrac etdiyi neftin həcmini 2 dəfə artırıb

​Azərbaycan Novorossiysk limanından ixrac etdiyi neftin həcmini 2 dəfə artırıb 2015-ci ilin ilin yanvar ayı ərzində SOCAR tərəfindən hər 3 limandan ixrac edilən xam neftin həcmi 6,08% artıb
Energetika
2 Fevral , 2015 16:31
​Azərbaycan Novorossiysk limanından ixrac etdiyi neftin həcmini 2 dəfə artırıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Novorossiysk limanından ixrac edilmək üçün 169 507,642 metrik ton xam neft yüklənib ki, bu da ümumi həcmin 7,99%-nə bərabərdir.

SOCAR-dan "Report"a verilən məlumata görə, Novorossiysk limanından ixrac edilən xam neftin ötən ilin eyni dövrü ilə müqayisədə 84 768,507 metrik ton, yaxud 2 dəfə artım deməkdir.

Yanvar ayı ərzində Supsa limanından ixrac edilən xam neftin həcmi 2014-cü ilin yanvarına nisbətən 21,33%, yaxud 68 889,778 metrik ton azalaraq 254 107,046 metrik tona bərabər olub ki, bu da ixrac edilən ümumi xam neftin 11,98%-i deməkdir.

2015-ci ilin yanvarında Ceyhan limanından yüklənən xam neftin həcmində də artım müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən bu limandan yüklənən xam neftin həcmi 6,64%, yaxud 68 889,778 metrik ton artaraq 1 697 768,177 min tona çatıb ki, bu da bu il ixrac edilən xam neftin 80,03%-i deməkdir. 

Xatırladaq ki, 2015-ci ilin yanvar ayı ərzində SOCAR tərəfindən hər 3 limandan ixrac edilən xam neftin həcmi 6,08%, yaxud 121 606,106 metrik ton artaraq 2 121 382,865 metrik tona bərabər olub.

Son xəbərlər

Orphus sistemi