Rusiyada neftin bir barelinin hasilatının maya dəyəri açıqlanıb

Rusiyada neftin bir barelinin hasilatının maya dəyəri açıqlanıb Uzun müddət istismara verilmiş yataqlarda neft hasilatının bir barelinin maya dəyəri 3-7 ABŞ dolları arasında dəyişir. Yeni yataqlarda isə neftin bir barelinin hasilatının maya dəyəri 15-20 dollara başa gəlir.
Energetika
3 Aprel , 2020 12:43
Rusiyada neftin bir barelinin hasilatının maya dəyəri açıqlanıb

Uzun müddət istismara verilmiş yataqlarda neft hasilatının bir barelinin maya dəyəri 3-7 ABŞ dolları arasında dəyişir. Yeni yataqlarda isə neftin bir barelinin hasilatının maya dəyəri  15-20 dollara başa gəlir.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu “Rossiya 1” telekanalının “Vesti” verilişinə müsahibəsində Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

Nazir həmçinin bildirib ki, Rusiya neftinin aşağı qiymətə satılması ehtimalı çox azdır. “Çoxdan istifadəyə verilmiş yataqlardan danışsaq, o zaman deyə bilərəm ki, burada neftin bir barelinin hasilatı 3 dollardan 7 dollara qədər dəyişir. Yeni yataqlarda hasil olunan neftin bir barelinin maya dəyərinə gəldikdə isə, burada qiymətlər 15-20 dollar arasındadır”.

Rusiyada da ABŞ-da olduğu kimi, bəzi neft növlərinin saxlama gücləri imkanlarını aşması nəticəsində mənfi qiymətə satıla biləcəyi ilə bağlı vəziyyətin təkrar olunmaq ehtimalına aid sualına cavab verərkən, nazir bildirib ki, tələbin azalmasını nəzərə alsaq, artıq belə bir təklif var.

O bildirib ki, belə bir vəziyyət mümkündür və əvvəllər belə durumla qarşılaşılıb: “Rusiya istehsalçılarına gəldikdə, belə problemlərimiz yoxdur. Çünki kifayət qədər şaxələndirilmiş infrastrukturumuz var, daxili bazarın tələbatını tam şəkildə ödəyirik və buna görə məhsullarımızı ixrac etməyə davam edirik”. 

Son xəbərlər

Orphus sistemi