Novak: "OPEC+ anlaşmadan yumşaq çıxışı müzakirə edəcək"

Novak: "OPEC+ anlaşmadan yumşaq çıxışı müzakirə edəcək" Görüşdə bazardakı vəziyyət ətraflı müzakirə ediləcək
Energetika
15 Yanvar , 2018 11:57
Novak: OPEC+ anlaşmadan yumşaq çıxışı müzakirə edəcək
Rusiya energetika naziri Aleksandr Novak / Sputnik/ Sergei Guneyev

Bakı. 15 yanvar. REPORT.AZ/ OPEC+ monitorinq komitəsi yanvarın 21-də Omanda keçiriləcək iclasda neft hasilatının azaldılması barədə anlaşmadan yumşaq şəkildə çıxışı müzakirə edəcək.

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib.

"Anlaşmadan çıxmağa hazırlıq gedirmi" sualına Novak belə cavab verib: "Konkret olaraq hazırlıq getmir, ancaq nazirlər bunu müzakirə edirlər. Əgər konsensus əldə etsək, qərar qəbul edəcəyik". Nazir həmçinin bildirib ki, iclasda neftin qiyməti, neft bazarı və cari tələb-təklif balansı müzakirə ediləcək.

"Qiymətlərə baxacağıq, onların uzunmüddətliliyi və fundamental surətdə bazardakı tələb və təklif nəzərdən keçiriləcək. Düşünürəm ki, Omanda keçiriləcək iclasda bütün bunları müzakirə etməyə vaxt olacaq", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi