Böyük Britaniyada yeni məhdudlaşdırıcı tədbirlərin görülməsinə və bir neçə ölkə tərəfindən Londona uçuşların dayandırılmasına səbəb olan yeni bir koronavirus gərginliyinin meydana gəlməsi neft qiymətlərində əhəmiyyətli dəyişikliyə səbəb olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Neft bazarının dirçəlməsinə dair proqnozların hələlik özünü doğrultmadığını qeyd edən Rusiya rəsmisi dünyada neftə tələbatın əvvəlki səviyyəyə qayıtması üçün, bəlkə də, 2-3 il vaxt lazım olacağını deyib.
Hazırda neftə gündəlik tələbatın pandemiyadan əvvəlki səviyyəyə nisbətən 6-7 milyon barel az olduğunu qeyd edən Rusiya Baş nazirinin müavini OPEC+ formatı iştirakçısı olan ölkələr tərəfindən yanvar ayından etibarən hasilatı dəqiqliklə artıracaqlarını diqqətə çatdırıb: “Hasilatın hazırkı azaldılması görünməmiş həddədir. Dörd il əvvəl biz hasilatı 1,2 milyon barel azaldırdıqsa, indi 10 milyon barel azaldırıq və təbii ki, hasilat həcmini tezliklə bərpa etməyə can atırıq. Əlbəttdə ki, bazar balansını pozmayacağıq və neft bazarlarında izafilik yaratmaq niyyətində deyilik”.