Norveçdə yanğın baş verdiyi LNG müəssisəsi bağlanıb

Norveçdə yanğın baş verdiyi LNG müəssisəsi bağlanıb Norveçin Melkoya adasında yerləşən, sentyabrın 28-də yanğın baş verdiyi “Hammerfest” LNG müəssisəsi gələn ilin oktyabr ayından fəaliyyətini bərpa edəcək.
Energetika
551
26 Oktyabr , 2020 13:49
Norveçdə yanğın baş verdiyi LNG müəssisəsi bağlanıb

Norveçin Melkoya adasında yerləşən, sentyabrın 28-də yanğın baş verdiyi “Hammerfest” LNG müəssisəsi gələn ilin oktyabr ayından fəaliyyətini bərpa edəcək.

“Report” xəbər verir ki, müəssisənin sahibi “Equinor” (keçmiş “Statoil”) şirkətinin açıqlamasında yanğın söndürülərkən dəniz suyunun təsirilə elektrik naqillər və avadanlıq da daxil olmaqla bəzi sistemlərin sıradan çıxdığı bildirilir.

“Hazırkı məqam üçün ən nikbin ehtimalımıza görə, “Hammersfelt”in işə salınması üçün 2021-ci il oktyabrın 1-dək vaxt lazım ola bilər”, – müəssisənin direktoru Andreas Sandvik deyib.

O, bu müddət ərzində həmçinin cari təmir və texniki xidmət işlərinin də görüləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi