Norveçdə karbohidrogen hasilatı artacaq

Norveçdə karbohidrogen hasilatı artacaq Norveçdə yeni yataqların, o cümlədən həcminə görə üçüncü dəniz yatağı olan “Johan Sverdrup”un istismarı nəticəsində 2024-cü ilin sonunadək karbohidrogen hasilatı 19 faiz artacaq.
Energetika
104
16 Yanvar , 2021 16:03
Norveçdə karbohidrogen hasilatı artacaq

Norveçdə yeni yataqların, o cümlədən həcminə görə üçüncü dəniz yatağı olan “Johan Sverdrup”un istismarı nəticəsində 2024-cü ilin sonunadək karbohidrogen hasilatı 19 faiz artacaq.

“Report” “Oil Capital”a istinadən xəbər verir ki, bu barədə Norveç Neft Direktorluğunun (NPD) illik hesabatında bildirilir.

2020-ci ildə ölkədə gündəlik karbohidrogen hasilatı 15 faiz artaraq 2 milyon barel neft ekvivalentinə, o cümlədən neft hasilatı 20 faiz artaraq 1,69 milyon barelə çatdırılıb. Neft sənayesinə yatırılan sərmayələrin həcmi isə 3 faiz artaraq 155 milyard krona, yəni 18 milyard ABŞ dollarına çatdırılıb.

NPD-nin proqnozuna görə, 2021-ci ildə gündəlik neft hasilatı 3,6 faiz artaraq 1,76 milyon barel təşkil edəcək (daha əvvəl proznoz 1,87 milyon barel olub) Eyni zamanda, fəaliyyətdə olan yataqlara yatırılan sərmayələr 8 faiz azalaraq 109 milyard krona, yeni yataqlara isə 3 faiz azalaraq 35 milyard kronadək geriləyəcək.

2024-cü ildə isə Norveçdə karbohidrogen hasilatı 2,38 milyon barel neft ekvivalentinə, o cümlədən neft hasilatı da 16 ilin ən yüksək həddi olan 2,07 milyon barelə, təbii qaz hasilatı da 5 faiz artaraq 1,98 milyon barel neft ekvivalentinə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi