​Norveç şirkəti Azərbaycanda yeni təsisat açıb

​Norveç şirkəti Azərbaycanda yeni təsisat açıb Yeni emalatxana şirkətin Bakıda yerləşən köhnə emalatxanasından 3 dəfə böyükdür
Energetika
29 İyul , 2016 15:15
​Norveç şirkəti Azərbaycanda yeni təsisat açıb

Bakı. 29 iyul. REPORT.AZ/ Norveçin neft servis şirkəti  "Enhanced Drilling" Azərbaycanda yeni emalatxana və ofis açıb.

"Report" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni emalatxana Slayan şosesinin 22-ci km-də yerləşir və 2 355 kv. metr sahəni əhatə edir. Yeni emalatxana şirkətin Bakıda yerləşən köhnə emalatxanasından 3 dəfə böyükdür.

Qeyd edək ki, "Enhanced Drilling" şirkətinin baş ofisi Norveçdə yerləşir. Şirkətin Böyük Britaniya, ABŞ, Avstraliya, Azərbaycan, Malayziya və Kanadada təsisatları var.

Son xəbərlər

Orphus sistemi