Norveç neft və qaz hasilatını artıracaq

Norveç neft və qaz hasilatını artıracaq Norveç aprelin 27-dən Rusiyadan Bolqarıstan və Polşaya yanacaq tədarükünün dayandırılması ilə əlaqədar karbohidrogen hasilatının həcmini artıracaq.
Energetika
27 Aprel , 2022 15:56
Norveç neft və qaz hasilatını artıracaq

Norveç aprelin 27-dən Rusiyadan Bolqarıstan və Polşaya yanacaq tədarükünün dayandırılması ilə əlaqədar karbohidrogen hasilatının həcmini artıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “NRK.no” telekanalı Norveçin maliyyə naziri Tryuqve Slaqsvoll Veduma istinadən məlumat yayıb.

“Norveç nefti və qazı bizim Avropada sabitliyə ən mühüm töhfəmizdir. Norveçdə neft və qaz hasilatının yüksək templərini saxlamaq vacibdir”, - maliyyə naziri deyib.

Norveç Avropada qalıq yanacaqların əsas təchizatçılarından biridir. Neft-qaz sənayesi krallığın büdcəsinin əsas gəlir mənbəyidir. Şimal dənizində təbii qaz hasilatının həcmi Avropa bazarının bu enerji daşıyıcısına olan tələbatının 16%-ni ödəyə bilir.

Martda Norveçdə təbii qaz hasilatı fevral ayı ilə müqayisədə sutkada 11,6 milyon kubmetr (3,3%) azalaraq sutkada 336,7 milyon kubmetr təşkil edib. Martda mavi yanacağın satışı isə 10,4 milyard kubmetrə çatıb ki, bu da fevral ayı ilə müqayisədə 0,7 milyard kubmetr (7,2%) çoxdur. Eyni zamanda, bu ilin mart ayında orta gündəlik neft hasilatı orta hesabla 1,744 milyon barel təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 2,1%, 2021-ci ilin mart ayı ilə müqayisədə isə 1,8% azdır.

Son xəbərlər

Orphus sistemi