​Norveç iyul ayında neft hasilatını 5 illik maksimuma çatdırıb

​Norveç iyul ayında neft hasilatını 5 illik maksimuma çatdırıb Hasilat sutka ərzində 1,73 mln. barel təşkil edib
Energetika
17 Avqust , 2016 08:04
​Norveç iyul ayında neft hasilatını 5 illik maksimuma çatdırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında Norveçdə neft hasilatı 2011-ci ilin mart ayından bu yana ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq rekord göstəriciyə – sutkada 1,73 milyon barelə çatıb.

"Report" xəbər verir ki, bu barədə Norveç Neft Direktoratının (NPD) məlumatında bildirilir.

Bir çox hallarda bu artım operatoru İtaliyanın "Eni SpA" şirkəti olan "Goliat" yatağında hasilatın başlanması ilə əlaqədardır. Onun maksimum potensialı sutkada 100 min barel qiymətləndirilir.

Təbii qaz və kondensat hasilatı da daxil olmaqla, iyul ayında ölkədə hasilat sutkada 3,97 mln. barel neft ekvivalenti təşkil edib.

Son xəbərlər

Orphus sistemi