“Nobel Oil Services” və “GAMA Industry Inc.” birgə müəssisə yaradıb

“Nobel Oil Services” və “GAMA Industry Inc.” birgə müəssisə yaradıb Bakı. 27 fevral. REPORT.AZ/ “Nobel Oil Services” şirkətlər qrupuna daxil olan “Prokon” və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən “GAMA Industry Inc.” yeni birgə müəssisə yaradıblar.
Energetika
27 Fevral , 2018 17:37
“Nobel Oil Services” və “GAMA Industry Inc.” birgə müəssisə yaradıb

Bakı. 27 fevral. REPORT.AZ/ “Nobel Oil Services” şirkətlər qrupuna daxil olan “Prokon” və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən “GAMA Industry Inc.” yeni birgə müəssisə yaradıblar.

“Nobel Oil Services”dən “Report”a verilən məlumata görə, “ProkonGama” adlanan yeni şirkət ən yüksək səviyyədə xidmətlər göstərmək məqsədi ilə hər iki şirkətin təcrübə və bacarıqlarını özündə birləşdirəcək.

“Prokon”un ən son iştirak etdiyi layihələrdən biri Sumqayıtda Karbamid zavodunun tikintisidir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Samsung Engineering”, BP, “Technip”, “Norm”, “Biwater”, CTIEC, “GAMA Industry Inc.” kimi şirkətlər onun əsas müştəriləri və tərəfdaşları sırasındadır.

“GAMA Industry Inc.” Türkiyə, Rusiya, Malayziya, Səudiyyə Ərəbistan, Azərbaycan, Qazaxıstan, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Avropanın bir sıra digər ölkələrində 300-dən çox irimiqyaslı layihələri həyata keçirib. Şirkətin portfelinə istilik və hidroelektrik stansiyalarının, neft emalı, qaz emalı, neft-kimya, dəmir və poladəritmə və sement zavodlarının, boru kəmərlərinin, dambaların, yeraltı nəqliyyat sistemlərinin, infrastruktur obyektlərinin tikintisi və quraşdırılması daxildir.

“Prokon” şirkəti Azərbaycanda Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi