Yuxarı

Nigeriyada neft şirkətlərində ixtisarlara qarşı tətil olub

Məqsəd benzin stansiyaları, yanacaq depoları və yükləmə bölümlərində işlərin ölkə səviyyəsində dayandırılmasıdır

Bakı. 12 yanvar. REPORT.AZ/ Nigeriyanın Mavi yaxalıqlı Neft Birliyi “Chevron” və “ExxonMobil”in yerli şirkətləri daxil olmaqla, neft şirkətlərində ixtisarlara qarşı üçgünlük xəbərdarlıq tətili keçirib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Neft-Qaz İşçilərinin Milli Birliyinin mətbuat katibi Adamson Mamoh bildirib.

Tətilin məqsədi benzin stansiyaları, yanacaq depoları və yükləmə bölümlərində işlərin ölkə səviyyəsində dayandırılmasıdır.

O deyib ki, hökumət birlik rəhbərləri və neft şirkətləri arasında danşıqlara vasitəçilik edib.

Abuca və Laqosda yalnız bir neçə yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. 

“ExxonMobil” və “Chevron” şirkətlərindən tətillə bağlı hər hansı şərh almaq mümkün olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi